HAQQIMIZDA

HAQQIMIZDA

HORECA şirkətinin əsası 2011-ci ildə Azərbaycanın HoReCa sektorunda peşəkar təmizlik bazarını formalaşdıran öncüllər tərəfindən qoyulmuşdur. HORECA komandası yerli bazara professional təmizlik və gigiyena məhsullarını tanıtmış və Azərbaycanda bu bazarı inkişaf etdirmişdir. 10 illik təcrübəsinə söykənən HORECA şirkəti Diversey, Neta, Focus, Ceyhanlar, Vileda kimi dünyaca məşhur brendlərin Azərbaycanda rəsmi distribüteri olub istehsalçı və istehlakçılar arasında körpü rolu oynayaraq, HoReCa sektorunda kimyəvi təmizlik və gigiyena məhsullarının təchizatı, texniki xidmətlərin göstərilməsi və məhsulların istifadə qaydaları ilə bağlı təlim xidmətlərini həyata keçirməkdədir.

MİSSİYAMIZ VƏ VİZYONUMUZ

Missiyamız daima yenilikçi və innovativ həllər ilə inkişaf edərək, insanların sağlam həyat tərzini və etibarlılığını təmin etməkdir.

Vizyonumuz müştərilərimizlə tərəfdaş münasibətləri quraraq mükəmməl müştəri xidməti təqdim etmək və Azərbaycanın HORECA sektorunda daima lider mövqeyində olmaqdır.

DƏYƏRLƏRİMİZ

İnam, şəffaflıq və məsuliyyətlilik
Məntiqlilik və peşəkarlıq
Təşəbbüskarlıq , yenilikçi və kreativlik
Komanda işi və nəticəlilik
Sağlam həyat tərzi

NİYƏ BİZ?

Təmizlik və gigiyena sahəsində geniş təcrübə
Sürətli manevr və adaptasiya qabiliyyəti
Təlimli və peşəkar komanda
Bazar haqqında zəngin biliklər
Məhsulların standartlara uyğun çatdırılması
Keyfiyyətli müştəri xidmətləri
Müxtəlif ödəniş formaları
Ödənişsiz personal təlimi xidməti
Qabaqcıl beynəlxalq firmalarla əməkdaşlıq və dünya brend məhsullarının təchizi
Daim bazar tələbatının araşdırılması
Fayda dəyərin yaradılması

HORECA ŞİRKƏTİNİN DİREKTORUNUN MÜRACİƏTİ