NƏ ÜÇÜN İCTİMAİ YERLƏRDƏ PROFESSİONAL KİMYƏVİ VASİTƏLƏRDƏN İSTİFADƏ EDİLMƏLİDİR?
Professional kimyəvi vasitələr aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir :
• çox yüksək konsentrasiya halında olur
• dəqiq müəyyən edilmiş texnologiya əsasında istifadə edilir
• ekoloji cəhətdən tam təhlükəsizdir, çünki davamlı istifadə və təmizlik personalının
gündəlik-daimi əlaqəsi üçün nəzərdə tutulub
Həmçinin, professional kimyəvi vasitələr səthlərin təmizlənməsi və dezinfeksiyası zamanı daha mükəmməl
nəticə verir və səthlərə qayğıverici təsir göstərir. Belə kimyəvi vasitələr ilə təmizlik zamanı səthlərin üzərində
çox nazik qoruyucu təbəqə yaranır və səth yenidən kirlənmədən müvəqətti qorunur.
Məişət kimyası və ya onun aşağı keyfiyyətli professional analoqları, qeyri-mütəmadi istifadə üçün nəzərdə
tutulmuşdur. Bu cür yuyucu vasitələrin əksəriyyətinin tərkibinə abraziv təsir göstərən maddələr daxildir. Bu
maddələr tədricən səthlər və texniki avadanlığın üzərinin bütövlüyünü pozur və mikro cızıqlar yaradır.
Nəticədə səthlər daha tez çirklənməyə məruz qalır və sonrakı təmizlənməsi çətinləşir.
Professional kimyəvi vasitələrin analoji məişət kimyası ilə müqayisədə daha baha dəyəri haqqında səhv fikir
mövcuddur. Lakin bu yanlış müqayisədir çünki, ev təmizliyi üçün nəzərdə tutulan məhsullar artıq hazır halda
satılır, heç bir xüsusi texnoloji prosesə uyğun istehlak edilməsini tələb etmir və ideal nəticənin əldə
olunmasına zəmanət vermir.
Professional kimyəvi məhsullar təmizlik heyəti üçün təmamilə təhlükəsiz olan çox güclü konsentratlar
halında satılır, üzərində qatılması, durulanması, saxlanılması və istifadəsi haqqında ətraflı məlumat göstərilir.
Bu vəziyyət peşəkar təmizlikdə səthlərin müxtəlifliyi və çirklilik dərəcələrinin fərqliliyi ilə
əlaqədar yaranıb.
Belə halda, istehsalçı alıcıya çirklənmənin xarakteri və istifadə səthlərin növündən asılı olaraq, məhsulun
konsentrasiyasını və təmizləmə prosesi texnologiyasını verilmiş təlimatlara əsasən özü tərəfindən müəyyən
edilməsinə imkan yaradır.
Ucuz olan məişət kimyası professional yuyucu vasitələrlə müqayisədə daha az aktiv maddələrdən ibarətdir ki
bu da nəticədə daha çox istifadəyə və itkiyə səbəb olur.