Təlimlər


Vileda Məhsullarının istifadə qaydası

 

Nə üçün ictimai yerlərdə professional kimyəvi vasitələrdən istifadə edilməlidir. 

 

Professional kimyəvi vasitələr aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir 

 

• çox yüksək konsentrasiya halında olur

• dəqiq müəyyən edilmiş texnologiya əsasında istifadə edilir

• ekoloji cəhətdən tam təhlükəsizdur, çünki davamlı istifadə və əlaqə təmizlik personalının gündəlik-daimi əlaqəsi üçün  nəzərdə tutulub

 

Həmçinin, professional kimyəvi vasitələr səthlərin təmizlənməsi və dezinfeksiyası zamanı daha mükəmməl nəticə verir və səhtlərə qayğıverici təsiri göstərir. Belə kimyəvi vasitələr ilə təmizlik zamanı səthlərin üzərində çox nazik qoruyucu təbəqə yaranır və səth yenidən kirlənmədən müvəqətti qorunur.

 

Məişət kimyası, və ya onun aşağı keyfiyyətli professional analoqları, qeyri-mütəmadi istifadə üçün nəzərdə tutulmuşdur. Bu cür yuyucu vasitələrinin əksəriyyətinin tərkibində abraziv təsir göstərən maddələr daxildir. Bu maddələr tədricən səthlər və texniki avadanlığının üzərinin bütövlüyünü pozur və mikro cızıqlar yaradır. Nəticədə səthlər daha tez çirklənməyə məruz qalır və sonrakı təmizlənməsi çətinləşir. 

 

Professional kimyəvi vasitələrinin analoji məişət kimyası ilə müqayisədə daha baha dəyəri haqqında səhv fikir mövcuddur. Lakin bu yanlış müqayisədir çünki ev təmizliyi üçün nəzərdə tutulan məhsulları artıq hazır halda satılır, heç bir xüsusi texnoloji prosesə uyğun istehlak edilməsini tələb etmir və ideal nəticənin əldə olunmasına zəmanət vermir.

 

Professional kimyəvi məhsullar təmizlik heyəti üçün təmamilə təhlükəsiz olan çox güclü konsentratlar halında satılır, üzərində qatılması, durulanması, saxlanılması və istifadəsi haqqında ətraflı məlumat göstərilir. Bu vəziyyət peşəkar təmizlikdə səhtlərin müxtəlifliyi və çirlik dərəcələrinin fərqliliyi ilə əlaqədar yaranıb. 

 

Belə halda, istehsalçı alıcıya çirklənmənin xarakteri və istifadə səthlərin növündən asılı olaraq, məhsulun konsentrasiyasını və təmizləmə prosesi texnologiyasını verilmiş təlimatlara əsasən özü tərəfindən  müəyyən edilməsinə imkan yaradır.

Ucuz olan məişət kimyası professional yuyucu vasitələrlə müqayisədə daha az aktiv maddələrdən ibarətdir ki bu da nəticədə daha çox istifadənin və itkinin səbəbi olur.