Direktorun Müraciəti

Hörmətli müştərilər,

Hansı sahədə fəaliyyət göstərməyinizə baxmayaraq, gigiyena və təmizlik ilə əlaqəli problemlər yaşamaq istəmirsinizsə, doğru partnyorunuzu tapmısınız! Biz Horeca şirkəti olaraq, müştərilərimizin etibarlı tərəfdaşı olmaq üçün çalışırıq.

Buna görə də biz portfelimizdə gigiyena üzrə dünya liderlərini birləşdirmək və onların təcrübəsini müştərilərə aşılamaqla, daha münasib məhsulların seçimində köməklik edirik. İşimiz təkcə məhsul satışı deyil, həmçinin satış sonrası məhsuldan doğru və təyinatı üzrə istifadəni təmin etməkdir. Biz hər zaman bazara innovasiyalar gətirmək və təmizlik sektorunun inkişafına təkan verməyə çalışmışıq.

Mən Horecanı hər zaman ailə şirkəti görmüşəm. Bizi qohumluq əlaqələri deyil, ümumi dəyərlər, qarşılıqlı anlaşma və strateji hədəflər birləşdirir. Horeca MMC müştəri yönümlü şirkət olaraq gələcəyini dinamik inkişafda və keyfiyyətin yüksəlməsində görür.

Bizə etimad edib əməkdaşlığını davam edən müştərilərə təşəkkürümü bildirmək, potensial müştərilərə isə “etimadınızı doğruldacağımıza əminəm” demək istəyirəm.

Daşqın İbişov
Baş Direktor
Haqqımızda qısa məlumat
HORECA şirkətinin əsası 2011-ci ildə Azərbaycanın HoReCa sektorunda peşəkar
təmizlik bazarını formalaşdıran öncüllər tərəfindən qoyulmuşdur.
Dəyərlərimiz

Şəffaflıq, Peşəkarlıq, Təşəbbüskarlıq, Komanda işi

Missiyamız

Missiyamız daima yenilikçi və innovativ həllər ilə inkişaf edərək, insanların sağlam həyat tərzini və etibarlılığını təmin etməkdir.

Vizyonumuz

Vizyonumuz müştərilərimizlə tərəfdaş münasibətləri quraraq mükəmməl müştəri xidməti təqdim etmək və Azərbaycanın HORECA sektorunda daima lider mövqeyində olmaqdır.

5000+

Müştəri

14+ il

Təcrübə

2000+

Məhsul

15+

Brend

Bizim Tariximiz
  • Horeca MMC yeni vebsaytı hazırlandı 2022

  • Horeca MMC-nin təsisçisi şirkətdəki fəaliyyətinə görə “EY İlin İş Adamı 2020” mükafatına layiq görüldü. 2020

  • Horeca MMC gömrük keçidində “Yaşıl Dəhliz” statusunu aldı. 2019

  • Portfelə Diversey brendi əlavə edildi. 2017

  • Əməliyyatlar infrastrukturuna investisiya edildi, Ukraynada filial açıldı. 2016

  • Portfelə Vileda, Tork kimi dünya brendləri əlavə edildi, eyni zamanda yer istehsal olunan Horeca brendi altında zibil torbaları, müxtəlif kağız məhsulları və hər büdcəyə uyğun April brendi ərsəyə gəldi. 2014

  • 100m2 -lıq anbar və 5 komanda üzvü ilə fəaliyyətə başlayıb. 2012

Profesional Komandamız
Wolt
Ad Soyad: Bayramova Aysun
Vəzifə: Coordinator
2024 - İndi
Ad Soyad: Məmmədov Məhəmmədəli
Vəzifə: Branch manager
2024 - İndi
Ad Soyad: İsmayılzadə Balakişi
Vəzifə: Sales Representative
2024 - İndi
Ad Soyad: Rövşən Göyüşov
Vəzifə: Finance Manager
2016 - İndi
Ad Soyad: Gülnar Zeynalova
Vəzifə: SAP Specialist
2018 - İndi
Ad Soyad: Akbar Mirzayev
Vəzifə: Procurement Logistics Specialist
2019 - İndi
Ad Soyad: Rüstəmov Natiq
Vəzifə: Sales Specialist
2021 - İndi
Ad Soyad: Rzayev Vüsal
Vəzifə: Sales Representative
2024 - İndi
Ad Soyad: Seyidov Camal
Vəzifə: Senior Sales Supervisor
2018 - İndi
Ad Soyad: Qasımov Ruslan
Vəzifə: Senior Sales Supervisor
2013 - İndi
Ad Soyad: Dadaşov Elnur
Vəzifə: Sales Specialist
2019 - İndi
Ad Soyad: Səmədov Ələmdar
Vəzifə: Sales Specialist
2022 - İndi
Ad Soyad: Rəsulzadə Fərid
Vəzifə: Sales Representative
2024 - İndi
Ad Soyad: Məmmədov Tərlan
Vəzifə: Sales Representative
2024 - İndi
×