Məhsullar
DİVERSEY Suma Inox D7
Paslanmaz metal sahələrin cilası üçün maddə    0,75 lt  (623 qr)
  • Məhsulu təmiz bir bezin üzərinə püskürdün.
  • Daha geniş səthlərdə məhsulu birbaşa quru səthin üzərinə də püskürtmək olar (az miqdarda istifadə edin).
  • Təmiz və quru səthə tətbiq edin və parıldadın.

Qida ilə təmasda olan səthlərdə istifadə etməyin.

 

  • Görünüş: Ağ, özlü (viskoz) maye
  • Nisbi sıxlıq (20°C): 0,96
  • pH: 8
Ətraflı Bax
DİVERSEY Suma Quick D4.1
Püskürtmə üsulu ilə istifadə olunan dezinfeksiya maddəsi (spirt tərkibli )   0.75 lt (713 qr)

Çirkli sahələri istifadə etməzdən əvvəl yuyucu vasitə ilə təmizləyin və bol su ilə yaxalayın.

  1. Suma Quick D4.1 məhsulunu təmiz səthə tətbiq edin.
  2. 5 dəqiqə gözləyin.
  3. Qida ilə təmasda olan səthləri yaxalamaq üçün təmiz suya isladılmış bezdən istifadə edin.
  • Görünüş: Şəffaf maye
  • Birbaşa pH: 7,1
  • Nisbi sıxlıq (20°C): 0,96
Ətraflı Bax
DİVERSEY Suma Tab D4

Meyvə, tərəvəz və səbzi üçün dezinfeksiya maddəsi 2.7 qr*300

Ümumi dezinfeksiya: 5 litr ilıq suya 1 tablet əlavə edilərək məhlul hazırlanır. Hazırlanmış məhlul səthlərə bez, fırça və ya mop vasitəsilə tətbiq edilir. 5 dəqiqə gözlədikdən sonra səthlər təmiz su ilə durulanır.
Tərəvəzlərin dezinfeksiyası: Tərəvəzlər əvvəlcə su ilə yaxalanır. Daha sonra 20 litr suda 1 tablet həll edilir və tərəvəzlər hazırlanmış məhlula salınaraq ən azı 5 dəqiqə gözlədilir. Prosesin sonunda tərəvəzlər təmiz su ilə durulanır.

Görünüş: Ağ tablet
pH (1%-li məhlul): 6,25
Aktiv xlor: 55%

Ətraflı Bax
DİVERSEY Suma Chlor D44
Meyvə, tərəvəz və səbzi üçün dezinfeksiya maddəsi 5 lt (5,2 kq)

  • İlk olaraq axar təmiz su ilə salat və tərəvəzlərin üzərindəki kobud çirklər təmizlənir.
  • 5 ml/L konsentrasiyada məhlul hazırlanır.
  • Tərəvəzlər 5 dəqiqə müddətində məhlula salınır.
  • Daha sonra təmiz su ilə yaxalanır.

  • Görünüşü: Şəffaf maye
  • pH (birbaşa): 12,6
  • Sıxlıq (20°C): 1,04 q/sm³
Ətraflı Bax
DİVERSEY Suma Auto Oven Rinse D9.11
Konveksiyalı sobaların yuyulması (yaxalanması) üçün yuyucu maddə 5 lt  (5,18 kq)

Suma Auto Oven Rinse D9.11 daxili dozaj nasosları vasitəsilə avtomatik olaraq ölçülərək təmizləmə proqramının durulama suyuna əlavə edilir.

Düzgün dozaj səviyyələri sobanın təmizləmə proqramları tərəfindən müəyyən edilir.

  • Görünüşü: Şəffaf, akvamarin rəngli maye
  • pH (birbaşa): 2,5
  • Sıxlıq (20°C): 1,00 q/sm³
Ətraflı Bax
DİVERSEY Suma Auto Oven Clean D9.10
Konveksiyalı sobaların təmizlənməsi üçün yuyucu maddə 5 lt (6,33 kq)

Suma Auto Oven Clean D9.10 daxili dozaj nasosları vasitəsilə avtomatik olaraq ölçülərək sobaya verilir.

Düzgün dozaj səviyyələri sobanın təmizləmə proqramları tərəfindən müəyyən edilir.

  • Görünüşü: Tünd sarı (kəhrəba rəngli) maye
  • pH (birbaşa): 13.0
  • Sıxlıq (20°C): 1.10
Ətraflı Bax
DİVERSEY Softcare Alcoplus H500

Əl üçün duru dezinfeksiya maddəsi (spirt tərkibli) 5 lt  (4.40 kq)

Əllərə 3 ml məhsul tətbiq edilir və ən azı 30 saniyə ərzində ovuşdurulur.

Görünüş: Rəngsiz, şəffaf maye
Nisbi sıxlıq (20°C): 0,876 g/cc
Alışma temperaturu: 21,5°C
pH (birbaşa): 7,5

Ətraflı Bax
DİVERSEY Suma Cal-X D5
Qab yuyan maşında və digər sahələrdə istifadə olunan kirəc daşlarının təmizləmə maddəsi  5lt  (5.37 kq)

Qabyuyan maşınlar: 5–10% (1 litr suya 50–100 ml). 10–15 dəqiqə işlədilir.
Suda saxlama (islatma/çənlər): 5–20% (1 litr suya 50–200 ml). Ərp həll olana qədər (15–30 dəqiqə) saxlanılır.
Püskürtmə (sprey üsulu): 10–20% (1 litr suya 100–200 ml). Ən azı 30 dəqiqə gözlədilir.

Ətraflı Bax
DİVERSEY Softcare Plus H400
Əllərin dezinfeksiyası üçün duru sabun 5 lt  (5.2 kq)

Ətirsiz formulaya malikdir, qida istehsalı və iaşə sahələrində istifadə üçün uyğundur. pH balanslı tərkibi əlləri qurutmur, yumşaq köpük yaradır və yuyulmadan sonra da antibakterial təsirini müəyyən müddət davam etdirir.

Görünüş: Yaşıl sədəfli maye.

Ətraflı Bax
DİVERSEY Suma Scale D52
Qab yuyan maşında və digər sahələrdə istifadə olunan kirəc daşlarının təmizləmə maddəsi 5lt  (5,6 kq)

Batırma üsulu ilə təmizləmə:
  1. Əhəng çöküntüsünün səviyyəsindən asılı olaraq 1 litr isti suya 100–300 ml Suma Scale D52 əlavə edərək məhlul hazırlayın.
  2. Hissələri əhəng tam həll olunana qədər məhlulun içində saxlayın.
  3. Güclü əhəng çöküntülərini təmizləmək üçün lazım gəldikdə ovuşdurun.
  4. Təmiz su ilə yaxalayın və qurumağa buraxın.
Sprey üsulu ilə təmizləmə:
  1. 300 ml/L (30%) ilkin məhlulu səthə və ya avadanlığa tətbiq edin.
  2. Ən azı 30 dəqiqə gözləyin və sonra fırça ilə təmizləyin.
  3. Təmiz su ilə yaxalayın və qurumağa buraxın
Qab yuyan maşının təmizlənməsi:
  1. Dozaj avadanlığını söndürün.
  2. Qabyuyan maşını təmiz su ilə doldurun.
  3. Məhlulun konsentrasiyası 10–20% (100–200 ml/L) olacaq şəkildə kifayət qədər Suma Scale D52 əlavə edin.
  4. Məhlulu 10–15 dəqiqə tətbiq edin.
  5. Məhlulu boşaldın və avadanlığı yoxlayın.
  6. Zərurət olduqda prosesi təkrarlayın.
  7. Məhlulu boşaldın və maşını təmiz su ilə yaxalayın.
  8. Qapağı açıq vəziyyətdə saxlayaraq qurumağa buraxın.
  9. Dozaj avadanlığını yenidən işə salın.
Ətraflı Bax
DİVERSEY
Yüksək temperaturda (100°- 350°) ağır yağ sökücü maddə  (2.35 KQ)
 
Ətraflı Bax
DİVERSEY Superfoam VF3
Alkali, köpüklü təmizlik maddəsi 20 lt (22,2 kq)

Superfoam çirklənmənin növü və dərəcəsindən asılı olaraq 3–10% konsentrasiyada istifadə olunur.

  • Görünüş: Şəffaf, açıq sarı maye
  • Sıxlıq (20°C): 1,11
  • pH (1%-li məhlul, 20°C): 12,5
  • Kimyəvi Oksigen Tələbatı (COD): 280 qr O₂/kq
  • Azotun miqdarı (N): 1,6 qr/kq
  • Fosforun miqdarı (P): <1 qr/kq
Ətraflı Bax
DİVERSEY Suma Light D12

Qablardakı yağ ləklərinin çıxarılması üçün maddə 20 lt (20.6 kg)

Yağ və qurumuş qida qalıqlarını effektiv təmizləyir, asan durulanır və iz buraxmır. Qablara parlaq görünüş verir. Sabit köpük yaradır və 5,5–6,2 pH səviyyəsi ilə əllərə qarşı zərifdir.

Ətraflı Bax
DİVERSEY Suma Dip K1
Qabların üzərindən ləkə çıxarıcı maddə 20 lt (23 kq)

  1. Hər 1 litr suya 6–16 ml Suma Dip K1 əlavə edin.
  2. Çirklənmə səviyyəsindən asılı olaraq qabları hazırlanmış məhlulda 15–30 dəqiqə saxlayın.
  3. Daha sonra qabları adi qaydada qabyuyan maşına yerləşdirin.

Qeyd: Dekorlu çini və plastik qabların zədələnməsinin qarşısını almaq üçün onları məhlulda 30 dəqiqədən artıq saxlamayın.

  • Görünüşü: Şəffaf, sarı rəngli maye
  • pH (1%-li məhlul): 12,0
  • Nisbi sıxlıq (20°C): 1,15 q/sm³
Ətraflı Bax
DİVERSEY Suma Grill D9
Qrillərin və peçlərin üzərində/içərisində olan bişmiş yağların təmizlənməsi üçün maddə 0,75 lt (840 qr)

Fırın / İzgara təmizliyi:

  1. Tətbiq ediləcək səthin temperaturunun 80°C-dən aşağı olduğuna əmin olun (optimal temperatur 60–80°C).
  2. Məhsul avadanlığın və ya səthin üzərinə sprey şəklində birbaşa tətbiq edilir.
  3. Çirklənmə dərəcəsindən asılı olaraq 5–30 dəqiqə gözlənilir.
  4. Yumşalmış çirklər fırça vasitəsilə təmizlənir.
  5. Səth isti, təmiz su ilə yaxalanır və qurumağa buraxılır.

Fritöz (qızartma tavası) təmizliyi:

  1. Yağ boşaldılır və drenaj kranı bağlanır.
  2. Fritöz yağ səviyyəsinə qədər su ilə doldurulur.
  3. Hər 10 litr suya 0,5–1 litr Suma Grill D9 əlavə edilir (5–10% konsentrasiya). Doldurulacaq suyun miqdarı nəzərə alınmalıdır.
  4. Fritöz işə salınır və 15–30 dəqiqə nəzarət altında qaynadılır.
  5. Soyuduqdan və boşaldıldıqdan sonra fritözün içərisində qalan çirklər fırça və ya pad vasitəsilə təmizlənir.
  6. İsti, təmiz su ilə yaxalanır və qurumağa buraxılır.

İzgara aspiratorunun təmizliyi:

  1. Izgara sökülərək hissələrə ayrılır.
  2. Hər 1 litr isti suya 50–100 ml Suma Grill D9 (5–10% konsentrasiya) əlavə edilərək hazırlanan məhlula bütün hissələr batırılır.
  3. 15–60 dəqiqə gözlənilir.
  4. Təmiz su ilə yaxalanır və qurumağa buraxılır. 
 
 
 
Ətraflı Bax
DİVERSEY Suma Dify
Qab yuyan maşında istifadə etmək üçün hazır başlanğıc dozajlı, parladıcı, ağardıcı və kirlərə qarşı qoruma xüsusiyyətlərinə malik olan qab yuma maddəsi
Ətraflı Bax
DİVERSEY Suma Active M20
Qab yuyan maşın üçün toz deterjan  (10 kq)
Ətraflı Bax
DİVERSEY Suma Crystal A8
Qab yuyan maşın üçün avtomatik dozajlama sistemi ilə istifadə olunan qab yaxalama maddəsi (sərt sularda ) 20 lt  (20.8 kq)

Suma Crystal A8 qabyuyan maşınların durulama mərhələsində 70–80°C temperaturda 0,2–0,5 ml/L konsentrasiyada avtomatik olaraq Diversey dozaj sistemi və ya maşının üzərində quraşdırılmış dozaj nasosu vasitəsilə dozalanır.

Kiçik qabyuyan maşınlarda məhsul parladıcı bölməsinə əl ilə də əlavə edilə bilər.

Faktiki dozaj miqdarı yerli istifadə şəraiti və suyun xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.

  • Görünüşü: Şəffaf, yaşıl rəngli maye
  • pH (birbaşa): 1,5
  • Nisbi sıxlıq (20°C): 1,04
Ətraflı Bax
DİVERSEY Multi Ultra
Qab yuyan maşın üçün avtomatik dozajlama sistemi ilə istifadə olunan qab yuyan maddə, 20 lt (22 kq)

Məhsul müxtəlif dozaj nasosları ilə istifadə oluna bilər. Yumşaq su şəraitində tövsiyə olunan dozaj 1–4 q/l-dir. 2 q/l konsentrasiyada 80 ppm CaCO₃ sərtliyinə qədər əhəng çöküntüsünün qarşısını alır.
İlk istifadədən əvvəl digər yuyucu vasitələrlə qarışmanın, kristallaşmanın və hortumların tutulmasının qarşısını almaq üçün dozaj nasosu və hortumlar yaxşıca yuyulmalıdır.

Göstərici Məlumat
Görünüş Sarı rəngli, şəffaf maye
pH (1%-li məhlul) 12.5
Nisbi sıxlıq (g/cc, 20°C) 1.27
 
 
 
 
 
 
 
Ətraflı Bax
DİVERSEY Suma Tera

Qab yuyan maşın üçün avtomatik dozajlama sistemi ilə istifadə olunan qab yuyan maddə (sərt sularda), 20lt 

Sərt su üçün güclü qabyuyan maşın yuyucu vasitəsi
Yüksək konsentrasiyalı formulası sayəsində qənaətcil istehlak
Avadanlıqlarda sərt su duzu çöküntülərinin əmələ gəlməsinin qarşısını alır
Aşağı köpüklənmə

Doza:   0.1 - 0.3%
pH:      12.5 (1% məhlul)

Ətraflı Bax
DİVERSEY Suma Nova
Qab yuyan maşın üçün avtomatik dozajlama sistemi ilə istifadə olunan qab yuyan maddə (sərt sularda) 20 lt  (23.3 kq)

Suma Nova L6 normal şəraitdə Diversey avtomatik dozaj avadanlığı ilə istifadə olunur. Lakin uyğun digər dozaj nasosları ilə də istifadə edilə bilər.

Sərt su şəraitində optimal nəticə əldə etmək üçün, yerli tələblərdən asılı olaraq 1,5–4 ml/L dozada istifadə edilməsi tövsiyə olunur. 1 ml/L konsentrasiyada məhsul 205 ppm-ə qədər CaCO₃ tərkibli sularda çöküntü əmələ gəlməsinin qarşısını alır.

İlk istifadədən əvvəl nasos və şlanqları yaxşıca yuyun. Bu, məhsulun başqa yuyucu vasitə ilə qarışaraq kristallaşmasının və şlanqların çirklənməsinin qarşısını alır.

  • Görünüş: Sarı, şəffaf maye
  • pH (1%-li məhlul): 12,5
  • Nisbi sıxlıq (20°C): 1,165 g/sm³ 
 
 
 
Ətraflı Bax
×