Məhsullar
F 100 (5 kg)
Yer yuma maşınlarda istifadə olunan avtomat yuyucu vasitə

  • Az çirkli səthlər üçün: 10 litr suya 100 ml məhsul (1%)
  • Orta çirkli səthlər üçün: 10 litr suya 250 ml məhsul (2,5%)
  • Çox çirkli səthlər üçün: 10 litr suya 500 ml məhsul (5%)

Hazırlanmış məhlul səthə mop, avtomatik döşəmə yuma maşını və ya cilalama maşını vasitəsilə tətbiq edilir.

Zərurət olduqda, səth quruduqdan sonra ağ pad və yüksək sürətli maşın vasitəsilə cilalama aparıla bilər.

Bütün növ yuyula bilən döşəmə və səthlərlə uyğundur.

  • pH (birbaşa): 6,5–7,5
  • Sıxlıq: 1,000–1,010 g/cm³
Ətraflı Bax
C 850 (5 kg)
QAC əsaslı dezinfeksiya maddəsi

Sprey ilə dezinfeksiya

  1. 750 ml-lik sprey şüşəsinə 20 ml C850 əlavə edin.
  2. Səthə tətbiq edin və 5 dəqiqə gözləyin.
  3. Su ilə durulayın və qurumağa buraxın.

Ümumi dezinfeksiya

  1. 10 litr ilıq suya 80–120 ml C850 əlavə edin və qarışdırın.
  2. Səthlərə parça, fırça və ya mop vasitəsilə tətbiq edin və 5 dəqiqə gözləyin.
  3. Təmiz su ilə durulayın və qurumağa buraxın.
  • Görünüş: Şəffaf maye
  • pH (birbaşa): 6–7,5
  • Sıxlıq: 1,000–1,005 g/cm³
Ətraflı Bax
C 910 (5 kg)
Meyvə və tərəvəz dezinfeksiya maddəsi

1 litr su üçün 5 qram məhsul istifadə olunur (0,5%-li məhlul).

Əl ilə dozajlama

  1. Məhlulu hazırlayın (5 ml/litr).
  2. Tərəvəzləri 5 dəqiqə ərzində məhlulun içərisinə batırın.
  3. Təmiz su ilə durulayın.

Avtomatik dozajlama

  1. Avtomatik dozaj sisteminin düyməsini, çanaq kifayət qədər məhlulla dolana qədər basılı saxlayın.
  2. Tərəvəzləri 5 dəqiqə ərzində məhlulun içərisinə batırın.
  3. Təmiz su ilə durulayın.

Tərəvəzlər məhlula batırılmadan əvvəl mütləq qabıq və səthi çirklərdən təmizlənməli və yaxşıca yuyulmalıdır.

  • Görünüş: Şəffaf maye
  • pH (birbaşa): 10–11
  • Sıxlıq: 1,020–1,035 g/cm³
 
 
 
 
 
 
 
 
Ətraflı Bax
C 600 (0.650 gr)
Paslanmayan polad səth təmizləyicisi və parlatıcısı

Məhsulu səthə püskürdün. Təmiz parça və ya kağız vasitəsilə məhsulu səthə yayın və səth parlaq olana qədər tətbiq etməyə davam edin.

Paslanmayan polad səth təmiz və quru olmalıdır.

  • Görünüş: Şəffaf maye
  • pH (birbaşa): 6,5–8
  • Sıxlıq: 0,800–0,950 g/cm³
Ətraflı Bax
C 450 (5 kg)

Həssas metallar üçün yağ sökücü

Sprey ilə təmizləmə

  1. 750 ml suya 20 ml məhsul əlavə edərək sprey şüşəsini hazırlayın.
  2. Səthə püskürdün və nəm parça ilə silin.
  3. Qida ilə təmas edəcək səthləri su ilə durulayın və qurumağa buraxın.

Ümumi təmizlik

  1. Əlinizin dözə biləcəyi ilıq temperaturda olan 1 litr suya 5–10 ml məhlul əlavə edin.
  2. Səthi fırça, parça və ya süngərdən istifadə edərək təmizləyin.
  3. Qida ilə təmas edəcək səthləri su ilə durulayın və qurumağa buraxın.

Döşəmə təmizliyi

  1. Məhsulu isti suda 5–10 ml/litr konsentrasiyasında hazırlayın.
  2. Mop vasitəsilə tətbiq edin.
  3. Çirkli suyu mopla götürün.
  4. Təmiz su ilə durulayın və qurumağa buraxın.

Ehtiyac olduqda prosesi təkrarlayın.

  • Görünüş: Şəffaf maye
  • pH (birbaşa): 7,0–7,5
  • Sıxlıq: 1,000–1,010 g/cm³ 
 
 
Ətraflı Bax
C 200, 5 kg
Yanmış yağ təmizləyici maddə, 5 kg

Fırın və qril təmizlənməsi

  1. Tətbiq ediləcək səthin temperaturunun 70°C-dən aşağı olduğundan əmin olun (optimal temperatur: 30–70°C).
  2. Təmizlənəcək səth və avadanlığa Exper C200 məhsulunu birbaşa tətbiq edin.
  3. Çirklənmə dərəcəsindən asılı olaraq 5–30 dəqiqə gözləyin.
  4. Yumşalmış çirkləri uyğun təmizləmə vasitəsi ilə təmizləyin.
  5. Səthi isti və təmiz su ilə durulayın və qurumağa buraxın.

Fritöz və qızartma tavalarının təmizlənməsi

  1. Yağı süzün və klapanı bağlayın.
  2. Qabı yağ səviyyəsinə qədər su ilə doldurun.
  3. Hər 10 litr suya 0,5–1 litr Exper C200 əlavə edin.
  4. Qızartma qabını qızdırın və 15–30 dəqiqə ərzində nəzarətli şəkildə qaynadın.
  5. Soyutduqdan və məhlulu boşaltdıqdan sonra qabın içərisində qalan çirkləri fırça və ya pad vasitəsilə təmizləyin.
  6. İsti və təmiz su ilə durulayın və qurumağa buraxın.
  • Görünüş: Qəhvəyi rəngli maye
  • pH (birbaşa): 11,5–13,5
  • Sıxlıq: 1,070–1,100 g/cm³
Ətraflı Bax
C 220 (5 kg)

Qatı şəkildə aktiv yanmış və digər yağ sökücü

Fırın və qril təmizlənməsi

  1. Tətbiq ediləcək səthin temperaturunun 70°C-dən aşağı olduğundan əmin olun (optimal temperatur: 30–70°C).
  2. Təmizlənəcək səthə və avadanlığa Exper C220 məhsulunu birbaşa tətbiq edin.
  3. Çirklənmə dərəcəsindən asılı olaraq 5–30 dəqiqə gözləyin.
  4. Yumşalmış çirkləri uyğun təmizləmə vasitəsi ilə təmizləyin.
  5. Səthi isti və təmiz su ilə durulayın və qurumağa buraxın.

Fritöz və qızartma tavalarının təmizlənməsi

  1. Yağı süzün və klapanı bağlayın.
  2. Qabı yağ səviyyəsinə qədər su ilə doldurun.
  3. Hər 10 litr suya 0,5–1 litr Exper C220 əlavə edin.
  4. Qızartma qabını qızdırın və 15–30 dəqiqə ərzində nəzarətli şəkildə qaynadın.
  5. Soyutduqdan və məhlulu boşaltdıqdan sonra qabın içərisində qalan çirkləri fırça və ya pad vasitəsilə təmizləyin.
  6. İsti və təmiz su ilə durulayın və qurumağa buraxın.
  • Görünüş: Açıq qəhvəyi, qatı konsistensiyalı maye
  • pH (birbaşa): 11,5–13
  • Sıxlıq: 1,080–1,110 g/cm³
Ətraflı Bax
C 430 (20kg, 5kg)
Aktiv köpüklü yağ sökücü və qoxu götürücü maddə, 23 kg

C430 normal istifadə zamanı avtomatik dozajlama aparatı vasitəsilə istifadə olunur. Effektiv nəticə əldə etmək üçün dozaj miqdarı bölgədəki suyun sərtliyindən asılı olaraq 1–10 q/litr arasında tənzimlənir.

Daha ətraflı istifadə məlumatı üçün istifadə kartına baxın.

  • Görünüş: Şəffaf, açıq sarı rəngli maye
  • pH (birbaşa): 12–13,5
  • Sıxlıq: 1,070–1,100 g/cm³
Ətraflı Bax
C 100
Kirəc və pas təmizləyici, 5 kg

Məhlulu 1:25 nisbətində isti su ilə qarışdıraraq hazırlayın. Avadanlığın içərisinə tökün və təxminən 30 dəqiqə gözləyin. Əhəngləşmiş avadanlığı məhlulun içərisinə batıraraq da gözlətmək mümkündür. Daha sonra məhlulu boşaldın. Avadanlığın içini və ya səthini yumşaq fırça ilə fırçalayaraq su ilə yaxşıca durulayın.

Birbaşa tətbiq:
Məhsulu birbaşa əhənglənmiş sahəyə tökün və reaksiyanın tamamlanmasını gözləyin. Daha sonra su ilə yaxşıca durulayın.

Bütün növ avtomatik qabyuyan maşınlarla birlikdə istifadə oluna bilər. Qabyuyan maşınların olduğu bütün sahələrdə istifadə üçün uyğundur.

  • Görünüş: Şəffaf, rəngsiz maye
  • pH (birbaşa): 0,1–1,5
  • Sıxlıq: 1,110–1,130 g/cm³
Ətraflı Bax
C 200, 0.800 gr

Yanmış yağ təmizləyici maddə

Fırın və qril təmizlənməsi

  1. Tətbiq ediləcək səthin temperaturunun 70°C-dən aşağı olduğundan əmin olun (optimal temperatur: 30–70°C). 
  2. Təmizlənəcək səth və avadanlığa Exper C200 məhsulunu birbaşa tətbiq edin.
  3. Çirklənmə dərəcəsindən asılı olaraq 5–30 dəqiqə gözləyin.
  4. Yumşalmış çirkləri uyğun təmizləmə vasitəsi ilə təmizləyin.
  5. Səthi isti və təmiz su ilə durulayın və qurumağa buraxın.

Fritöz və qızartma tavalarının təmizlənməsi

  1. Yağı süzün və klapanı bağlayın.
  2. Qabı yağ səviyyəsinə qədər su ilə doldurun.
  3. Hər 10 litr suya 0,5–1 litr Exper C200 əlavə edin.
  4. Qızartma qabını qızdırın və 15–30 dəqiqə ərzində nəzarətli şəkildə qaynadın.
  5. Soyutduqdan və məhlulu boşaltdıqdan sonra qabın içərisində qalan çirkləri fırça və ya pad vasitəsilə təmizləyin.
  6. İsti və təmiz su ilə durulayın və qurumağa buraxın.
  • Görünüş: Qəhvəyi rəngli maye
  • pH (birbaşa): 11,5–13,5
  • Sıxlıq: 1,070–1,100 g/cm³
Ətraflı Bax
Neta C 80
Boşqab,fincan və çayniklər üçün ağartma maddəsi, 5 kg (20 kg)

  1. İlıq su ilə doldurun (40–50 °C).
  2. Hər 1 litr su üçün 5–15 q C80 əlavə edin.
  3. Çirklilik dərəcəsindən asılı olaraq qabları bu məhlula batıraraq 15–30 dəqiqə gözlədin.
  4. Qabları qabyuyan maşına normal qaydada yerləşdirin.

Bütün növ avtomatik qabyuyan maşınlarla birlikdə istifadə edilə bilər. Qabyuyan maşınların olduğu bütün sahələrdə istifadə üçün uyğundur.

  • Görünüş: Sarımtıl, şəffaf maye
  • pH dəyəri: 12–13
  • Sıxlıq: 1,120–1,130 q/sm³
Ətraflı Bax
C 22 - qab yuyan
maşın üçün durulama və parlatıcı maddə (sərt sularda), 20 kg

Exper C22 qab yuyan maşınların yaxalama mərhələsində 70–80°C temperaturda, 0,2–0,5 ml/litr konsentrasiyada avtomatik dozaj sistemi və ya maşın üzərində mövcud olan pompa vasitəsilə dozalanaraq istifadə olunur. Kiçik maşınların parlatıcı haznələrinə əl ilə əlavə edilə bilər.

  • Görünüş: Şəffaf, yaşıl qarışıq maye
  • pH (birbaşa): 2–3,5
  • Sıxlıq: 1,010–1,025 q/sm³
Ətraflı Bax
C 50 - qab yuyan
Maşın və çaydanlardan ərp təmizləmə vasitəsi, 6 kg

Püskürtmə yolu ilə təmizləmə:

  1. İlk su ilə hazırlanan 200 ml/L-lik məhlulu səthə və ya avadanlığa tətbiq edin. (20%)
  2. Ən azı 30 dəqiqə gözləyin və durulayın.
  3. Dərhal təmiz su ilə durulayın və qurumağa buraxın.

Qabyuyan maşınların təmizlənməsi:

  1. Dozajlama pompasını söndürün.
  2. Qabyuyan maşını təmiz su ilə doldurun.
  3. Tətbiqə uyğun olaraq kifayət qədər miqdarda, 5–10% (50–100 ml/L) C50-ni suya əlavə edin.
  4. Maşını 10–15 dəqiqə işlədin.
  5. Suyu boşaldın və gözdən keçirin.
  6. Ehtiyac olduqda prosesi təkrarlayın.
  • Görünüş: Şəffaf, rəngsiz maye
  • pH dəyəri: 0,1–1,5
  • Sıxlıq: 1,150–1,190 q/sm³
Ətraflı Bax
C 10 - qab yuyan

maşın üçün yuyucu maddə (sərt sularda), 25 kg

Exper C10 normal istifadə zamanı avtomatik dozaj pompası vasitəsilə istifadə olunur. Əgər maşın üçün digər dozaj pompaları mövcuddursa, onlarla birlikdə də istifadə edilə bilər. Sərt su şəraitində mükəmməl nəticələr verir.

  • pH (birbaşa): 12–14
  • Sıxlıq: 1,090–1,120 q/sm³

 

Ətraflı Bax
×