Satış nümayəndəsi
İşin təsviri
Vəzifənin təsviri:
- Şirkətin məhsullarının satışının təşkili və xidmətlərinin göstərilməsini təmin etmək;
- Mövcud müştəri bazası ilə mütəmadi işləmək Yeni müştərilərin cəlb olunması hazırlanması, alqı-satqı müqavilələrinin bağlanması
- Görülmüş işlər haqqında hesabatların təqdimatı
- Şirkət tərəfindən təhvil verilən hər bir əşyaya görə maddi məsuliyyət daşıdığı üçün, bunları daim nəzarətdə saxlamaq;
- Müştərilərin tələbatını öyrənmək, xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək;
- Rut üzrə müştərilərin daimi ziyarəti;
- Korporativ formata uyğun olaraq igüzar yazışmalar və zənglərin aparılması;
- Debitor borclarına nəzarət olunması və yığılması;
- Şəxsi inkişafı üçün təlim və tədbirlərdə iştirak etmək
Şərtlər:
- Əmək haqqı 1000 AZN+ Əlavə bonuslar
- İş qrafiki həftə içi 09:00 – 18:00, şənbə, bazar-istirahət günü
- Müntəzəm yerli və xarici təlimlərin verilməsi
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Yanacaq və telefon danışıq haqqının verilməsi
- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
- Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı
Namizədə tələblər:
- Ali təhsil
- Sürücülük vəsiqəsi (B kateqoriya)
- HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı
- Ünsiyyət qurmaq və inandırmaq bacarığı
- Şəxsi avtomobili olması
- Təcrübə 1-3 il
×