Qida ilə təmasda olan səthlərdə istifadə etməyin.
Çirkli sahələri istifadə etməzdən əvvəl yuyucu vasitə ilə təmizləyin və bol su ilə yaxalayın.
Meyvə, tərəvəz və səbzi üçün dezinfeksiya maddəsi 2.7 qr*300
Ümumi dezinfeksiya: 5 litr ilıq suya 1 tablet əlavə edilərək məhlul hazırlanır. Hazırlanmış məhlul səthlərə bez, fırça və ya mop vasitəsilə tətbiq edilir. 5 dəqiqə gözlədikdən sonra səthlər təmiz su ilə durulanır.
Tərəvəzlərin dezinfeksiyası: Tərəvəzlər əvvəlcə su ilə yaxalanır. Daha sonra 20 litr suda 1 tablet həll edilir və tərəvəzlər hazırlanmış məhlula salınaraq ən azı 5 dəqiqə gözlədilir. Prosesin sonunda tərəvəzlər təmiz su ilə durulanır.
Görünüş: Ağ tablet
pH (1%-li məhlul): 6,25
Aktiv xlor: 55%
Suma Auto Oven Rinse D9.11 daxili dozaj nasosları vasitəsilə avtomatik olaraq ölçülərək təmizləmə proqramının durulama suyuna əlavə edilir.
Düzgün dozaj səviyyələri sobanın təmizləmə proqramları tərəfindən müəyyən edilir.
Suma Auto Oven Clean D9.10 daxili dozaj nasosları vasitəsilə avtomatik olaraq ölçülərək sobaya verilir.
Düzgün dozaj səviyyələri sobanın təmizləmə proqramları tərəfindən müəyyən edilir.
Əl üçün duru dezinfeksiya maddəsi (spirt tərkibli) 5 lt (4.40 kq)
Əllərə 3 ml məhsul tətbiq edilir və ən azı 30 saniyə ərzində ovuşdurulur.
Görünüş: Rəngsiz, şəffaf maye
Nisbi sıxlıq (20°C): 0,876 g/cc
Alışma temperaturu: 21,5°C
pH (birbaşa): 7,5
Qabyuyan maşınlar: 5–10% (1 litr suya 50–100 ml). 10–15 dəqiqə işlədilir.
Suda saxlama (islatma/çənlər): 5–20% (1 litr suya 50–200 ml). Ərp həll olana qədər (15–30 dəqiqə) saxlanılır.
Püskürtmə (sprey üsulu): 10–20% (1 litr suya 100–200 ml). Ən azı 30 dəqiqə gözlədilir.
Ətirsiz formulaya malikdir, qida istehsalı və iaşə sahələrində istifadə üçün uyğundur. pH balanslı tərkibi əlləri qurutmur, yumşaq köpük yaradır və yuyulmadan sonra da antibakterial təsirini müəyyən müddət davam etdirir.
Görünüş: Yaşıl sədəfli maye.
Superfoam çirklənmənin növü və dərəcəsindən asılı olaraq 3–10% konsentrasiyada istifadə olunur.
Qablardakı yağ ləklərinin çıxarılması üçün maddə 20 lt (20.6 kg)
Yağ və qurumuş qida qalıqlarını effektiv təmizləyir, asan durulanır və iz buraxmır. Qablara parlaq görünüş verir. Sabit köpük yaradır və 5,5–6,2 pH səviyyəsi ilə əllərə qarşı zərifdir.
Qeyd: Dekorlu çini və plastik qabların zədələnməsinin qarşısını almaq üçün onları məhlulda 30 dəqiqədən artıq saxlamayın.
Suma Crystal A8 qabyuyan maşınların durulama mərhələsində 70–80°C temperaturda 0,2–0,5 ml/L konsentrasiyada avtomatik olaraq Diversey dozaj sistemi və ya maşının üzərində quraşdırılmış dozaj nasosu vasitəsilə dozalanır.
Kiçik qabyuyan maşınlarda məhsul parladıcı bölməsinə əl ilə də əlavə edilə bilər.
Faktiki dozaj miqdarı yerli istifadə şəraiti və suyun xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.
Qab yuyan maşın üçün avtomatik dozajlama sistemi ilə istifadə olunan qab yuyan maddə (sərt sularda), 20lt
Sərt su üçün güclü qabyuyan maşın yuyucu vasitəsi
Yüksək konsentrasiyalı formulası sayəsində qənaətcil istehlak
Avadanlıqlarda sərt su duzu çöküntülərinin əmələ gəlməsinin qarşısını alır
Aşağı köpüklənmə
Doza: 0.1 - 0.3%
pH: 12.5 (1% məhlul)